Türkiyə Bild qəzetinin xəbərini qınayıb

Türkiyə, Alman Bild qəzetinin prezident Rəcəb Tayyib Ərdoğan haqqındakı xəbəri pisləyib.

692677
Türkiyə Bild qəzetinin xəbərini qınayıb

Xarici İşlər Nazirliyinin sözçüsü səfir Hüseyn Müftüoğlu, Alman Bild qəzetinin prezident Rəcəb Tayyib Ərdoğan ilə əlaqəli xəbərini qınayaraq: “İrqçi və xarici düşmənliyiylə qidalanan zehniyyətin məhsulu olan bu xəbərlər və onların əks etdiyi nəşrlər tarixin zibilliyində bastırılmış olacaqlar. 15 martda qəzetdə əks edən və Hörmətli prezidenti hədəf götürən təhqiramiz xəbər həm düşündürücü, həm də ibrətamizdir. Yalan və səhv ittihamlar ehtiva edən xəbəri və onu manşetə daşıyan anlayışı qınayırıq” deyə vurğulayıb.

Son dövrdə Avropanın media orqanlarının, tərəfsiz və doğru xəbərlər çatdırmaq əvəzinə, Türkiyəni və prezident Ərdoğanı qaralamaq üçün əsassız iddialar irəli sürmək uğrunda bir-birləriylə yarışdığını ifadə edən Müftüoğlu, sözlərinə belə davam edib: “Yalan xəbərlərin və qalmaqal məqsədli nəşrlərin heç bir dəyəri yoxdur. Daha bunu idrak etmələrinin vaxtı gəlib çatmışdır.



Әlaqәli Xәbәrlәr