Türkiyə-Hollandiya Parlamentlərarası Dostluq Qrupu bu həftə ərzində ləğv ediləcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Hollandiya Parlamentlərarası Dostluq Qrupu bu həftə ərzində ləğv ediləcək.

692047
Türkiyə-Hollandiya Parlamentlərarası Dostluq Qrupu bu həftə ərzində ləğv ediləcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə-Hollandiya Parlamentlərarası Dostluq Qrupu bu həftə ərzində ləğv ediləcək.

Qrupun sədri, Ədalət və İnkişaf Partiyasının Yozgat şəhərindən seçilmiş millət vəkili Ərtoğrul Soysal bu həftənin əvvəlində toplantı keçirən Nazirlər Şurasının Dostluq Qrupunun ləğv edilməsinə dair qərarı ilə əlaqəli  Anadolu xəbər agentliyi müxbirinin suallarına cavab verib.

Soysal bu həftə ərzində İdarə Heyətinin istefa edərək, Dostluq Qrupunu ləğv edəcəklərini ifadə edib.  

Dostluq Qrupunda müxalifət partiyalarından üzvlərin də çıxış edəcəyini bildirən Soysal deyib ki, Nazirlər Surasının qəbul etdiyi prinsip qərarı çərçivəsində bir neçə gün ərzində mövzu dəqiqləşdiriləcək.

Həftənin əvvəlində yığıncaq keçirən Nazirlər Şurasında Türkiyədən nazirlərə qarşı martın 11-dəki mövqeyinə görə gərginlik yaranan Hollandiyaya istiqamətli atılacaq addımlar qərara alınmışdı.

Hökumət nümayəndəsi Numan Kurtulmuş ölkə xaricində olan Hollandiya səfirinin Türkiyənin dilə gətirdiyi məsələlər yerinə yetirilənədək Türkiyəyə qayıtmayacağını, Hollandiyadan diplomatik uçuşlara icazə verilməyəcəyini, yüksək səviyyəli əlaqələr ilə planlaşdırılmış yığıncağınların təxirə salındığını və TBMM-nə Türkiyə-Hollandiya Dostluq Qrupunun Türkiyə hissəsinin ləğv edilməsinin təklif ediləcəyini bəyan etmişdi.

Hollandiya hökuməti martın 11-də xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməmiş, ailə və sosial siyasətlər naziri Fatma Bətül Sayan Kayanı isə Türkiyənin Rotterdam Baş konsulluğuna getməyə qoymamışdı.



Әlaqәli Xәbәrlәr