Baş nazir Binəli Yıldırım İraqın baş naziri Heydər əl-Abadi ilə telefonla danışıb

Baş nazir Yıldırım Türkiyənin DEAŞ-la mübarizə aparan Beynəlxalq Koalisiya daxilindəki güclü əməkdaşlıq və dəstəklərinin davam edəcəyini bildirib.

691503
Baş nazir Binəli Yıldırım İraqın baş naziri Heydər əl-Abadi ilə telefonla danışıb

Baş nazir Binəli Yıldırım Türkiyənin DEAŞ-la mübarizə aparan Beynəlxalq Koalisiya daxilindəki güclü əməkdaşlıq və dəstəklərinin davam edəcəyini bildirib.

Baş nazir Yıldırım İraqın baş naziri Heydər əl-Abadi ilə telefonla danışıb.

Baş Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən,  telefon danışığında təhlükəsizlikdən iqtisadiyyata, ikitərəfli əlaqələrin gündəmində yer tutan məsələlər və regional mövzulardan bəhs edilib.

Görüşdə Yıldırım və Adabi başda terrorla mübarizə olmaqla ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair ortaq iradələrini bir daha təsdiqləyib, Başika düşərgəsi mövzusunda davam edən dialoq prosesinə toxunublar.

Baş nazir Yıldırım Türkiyənin terrorla mübarizədə Beynəlxalq Koalisiyadakı əməkdaşlığını və dəstəklərini davam etdirəcəyini, başda PKK/PYD olmaqla bu prosesdə Türkiyənin mövqeyi və gözləntilərini həmkarına çatdırıb.

İraqın baş naziri Abadi də iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsinə verdikləri əhəmiyyəti vurğulayıb.

Təhlükəsizlik və terrorla mübarizə sahələrindəki əməkdaşlığı vurğulayan Adabi Türkiyəyə qarşı İraq torpaqlarında hər hansı təhdidə icazə verilməyəcəyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr