“Yaşanan proses Avropa demokratiyaları üçün imtahandır”, İ.Kalın

İ.Kalın “Daily Sabah” qəzeti üçün “Türkiyə, Avropa və məhdudlaşan üfüqlər” başlıqlı məqalə yazıb.

691244
“Yaşanan proses Avropa demokratiyaları üçün imtahandır”, İ.Kalın

Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın məsələ müsəlmanlar olduqda Avropanın öz dəyərlərini unutduğunu söyləyib.

Kalın “Daily Sabah” qəzeti üçün “Türkiyə, Avropa və məhdudlaşan üfüqlər” başlıqlı məqalə yazıb.

Məqaləsində Hollandiya hökumətinə və Avropa İttifaqına reaksiya göstərən İbrahim Kalın bildirib ki, Rotterdam şəhərində martın 11-də baş vərənlər diplomatik gərginlikdə sərhədləri ötən bir hadisədir. Əsasən yaşanan proses Avropa demokratiyaları üçün bir imtahandır. 

Kalın bu böhranın sadəcə Hollandiyada seçkilərin yaxınlaşması ilə əlaqələndirilməsinin kifayətli olmayacağını vurğulayıb. O deyib ki, 15 martda keçiriləcək parlament seçkilərində  hakimiyyətdə qalmağa cəhd göstərəcək Hollandiya hökuməti Avropanın ən böyük İslam əleyhinə və irqçi siyasi  hərəkəti olan Geert Wildersin Partiyasına baş əyir. Avropalı siyasi xadimlər alternativ bir siyasi yanaşma ortaya qoymaq əvəzinə demokratiya, tərbiyə, multikulturalizm və insan haqlarına zərər verən irqçi və müsəlman əleyhinə popülizmə təslim olur.

İbrahim Kalın məqaləsində bəzi avropalı siyasi xadimlərin müdafiə etdiyi “Türkiyənin siyasi məsələsi Avropaya aparılmamalıdır” ifadəsini də dəğərləndirərək deyib ki, müxtəlif Avropa ölkələri Türkiyə hökuməti və dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əleyhinə qrupların fəaliyyətlərinə icazə verir. Hətta terror təşkiatları PKK və DHKP-C mənsublarının Avropa paytaxtlarında azad səyahəti, özlərinə üzv tapması, xərac yığması və qara təbliğat aparması da sərbəstdir. Belə ikiüzlü siyasətlər tətbiq edərək Avropa hökumətləri Türkiyədə davam edən 16 apreldə keçiriləcək referendum fəaliyyətlərində öz tərəflərini aşkar etdilər.

İbrahim kalın Türkiyəli siyasi xadimlərə maneə törədən Hollandiya hökumətinin öz seçki kampaniyası üçün 16 yanvarda İngiltərənin paytaxtı Londondakı Səfirlikdə toplantı təşkil etdiyinə diqqət çəkib.

İbrahim Kalın bu cür əngəl törətmə təşəbbüsləri ilə irqçiliyin normallaşdırıldığını söyləyib.

Reaksiyasız mövqeyi ilə Avropanın Hollandiyanı dəstəklədiyini bildirən Kalın avropalı demokratları Hollandiya hökumətini pisləməyə çağırıb.



Әlaqәli Xәbәrlәr