Türkiyə-Hollandiya rəsmi əlaqələri təxirə salınır

Ankara Çankaya Köşkündə Baş nazir Binəli Yıldırımın sədrliyilə təşkil edilən Nazirlər Kabinetinin toplantısı davam edərkən N.Kurtulmuş jurnalistlərə açıqlamalar verib.

690741
Türkiyə-Hollandiya rəsmi əlaqələri təxirə salınır

  Türkiyənin Baş nazir müavini Numan Kurtulmuş Hollandiya ilə yüksək səviyyəli rəsmi əlaqələrin təxirə salındığını söyləyib.

  Ankara Çankaya Köşkündə Baş nazir Binəli Yıldırımın sədrliyilə təşkil edilən Nazirlər Kabinetinin toplantısı davam edərkən N.Kurtulmuş jurnalistlərə açıqlamalar verib.

  Baş nazir müavini Hollandiyadakı son hadisələrlə bağlı deyib:

  “Türkiyənin Hollandiyaya qarşı verəcəyi qərarlar ciddi şəkildə müzakirə olunur. Bu ölkə etdiklərini kompensasiya edənə qədər yüksək səviyyəli əlaqələr dayandırılacaq və planlaşdırılmış yığıncaqlar təxirə salınacaq. Nazirlərimizə qarşı rəftarlar insan hüquqlarına, siyasi əlaqələrə, demokratiyaya və Avropada tez-tez dilə gətirilən ortaq dəyərlərə uyğun gəlmir. Biz bundan üzüldük, yaşananlara məna verə bilmədik.

  Hollandiyada 460 min türk var. Bu insanların hər birinin haqqını, hüququnu qoruyacağıq. Türkiyə Hollandiyaya lazımi cavabı verəcək tədbirləri ortaya qoyacaq."

  Numan Kurtulmuş Türkiyə Baş naziri Binəli Yıldırımın Danimarkanın Baş naziri Lars Lokke Rasmusse ilə 20 martda olacaq Danimarka görüşünün də təxirə salındığını bildirib.



Әlaqәli Xәbәrlәr