Hollandiyaya beynəlxalq aləm də öz reaksiyasını göstərməkdə davam edir

Hollandiyanın qalmaqallı mövqeyinə beynəlxalq aləm də öz reaksiyasını göstərməkdə davam edir.

689863
Hollandiyaya beynəlxalq aləm də öz reaksiyasını göstərməkdə davam edir
hollanda  dış tepkiler.jpg

Hollandiyanın qalmaqallı mövqeyinə beynəlxalq aləm də öz reaksiyasını göstərməkdə davam edir.

Bəzi İraq, Misir və mavritaniyalı siyasi xadimlər və ekspertlər Hollandiyanın Türkiyəli nazirlərə mane olmalarına reaksiya göstəriblər. 

İraq dövlət başçısının sabiq müavini Tarık əl-Haşimi özünün “twitter” hesabında Hollandiyanın mövqeyinin totalitar rejimlərin rəftarı olduğunu bildirərək deyib ki, Türkiyə hökumətinin əsas qanundakı dəyişiklikləri xalqa izah etmək məqsədi ilə göstərdiyi fəaliyyətlər demokratikdir. Bəzi Avropa ölkələrində tətbiq edilən təzyiqlər isə ancaq totalitar rejimlərin raftarları ilə izah edilə bilər.

İraqlı ekspert və analitik İyad Əd-Dıleşmi isə Hollandiyanın mövqeyi ilə Qərbin demokratiya və xalqın iradəsinə hörmət iddialarının saxtalığının ortaya çıxdığını qeyd edib.

Misirdə İnqilabın Gələcəyi Partiyasının lideri və sabiq prezident namizədi Eymen Nur da Hollandiya kimi demokratiya və azadlıqlara dəstək verdiyi iddiasını irəli sürən bir ölkənin bu cür rəftar ortaya qoymasını təəssüflə qarşıladıqlarını söyləyib.

Movritaniyadakı 14 partiyanın bir arada olduğu milli Demokratik və Birlik Forumunun rəhbərlərindən Ec Veled Eddi  Anadolu xəbər agentliyinə verdiyi  açıqlamada Hollandiyanın qalmaqallı bu reftarını, “Türkiyənin inkişafına mane olmaq üçün edilən qəribə bir əngəl” olaraq dəyərləndirib.

Bəhreynli sabiq millət vəkillərindən Xalid Əbu Ammar isə bildirib ki, Türkiyəni İslam əleyhinə olan Avropa ilə qarşı-qarşıya qoymaq məqsədi ilə həyata keçirilən, ancaq Allahın izni ilə uğursuz olacaq bu rəftarlara qarşı Türkiyə ilə həmrəylik içindəyəm.

Hollandiyanın qalmaqallı rəftarına Sudandan da reaksiyalar göstərilib.

Sudan Alimlər Heyətinin sədri Məhəmməd Osman Saleh bildirib ki, Türkiyədə demokratiyanın gücləndirilməsi üçün göstərilən cəhdlər Avropada demokratiya deyə qışqıranları xoşbəxt etmədi.

Sudan Xalq Konqresi Partiyasının siyasi katibi Kamal Ömər də Avropa İttifaqı ilə BMT-ni Hollandiyanın düşməncəsinə ortaya qoyduğu bu rəftarına qarşı qətiyyətli mövqe göstərməyə dəvət edib.



Әlaqәli Xәbәrlәr