Dövlət başçısı Ərdoğan Rutteyə reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hollandiyanın baş naziri Mark Ruttenin seçki kampaniyasında özünü hədəf alan çirkin hərəkətinə reaksiya göstərib.

690657
Dövlət başçısı Ərdoğan Rutteyə reaksiya göstərdi

“Avropa İttifaqı ilə münasibətlərin yenidən baxılması gündəmdə qalmaqdadır. Lakin hazırda ən önəmli məsələ 16 apreldə Konstitusiyaya dəyişiklik üzrə referendumdur”.

Dôvlət başçısı Rəcəb Tayyib Ərdoğan bunu özəl telekanallardan birində bəyan edib.

“Mənim Avropa İttifaqı ilə bağlı  fikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır. Onlar şərəfsizlik nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı”, deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin Niderlandda türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib. 

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Hollandiyanın baş naziri Mark Ruttenin seçki kampaniyasında özünü hədəf alan çirkin hərəkətinə reaksiya göstərib.

Ərdoğan Ruttenin dediyi kimi bu ölkənin sahibinin özünün deyil, millətin olduğunu, bu şəxsin hələ demokratiyanı başa düşmədiyini öncə demokratiyanı öyrənməsinin vacibliyini vurğulayıb.

 Ərdoğan özəl televiziya kanallarından birində gündəmi dəyərləndirib.

"Ərdoğan deyib ki, heç bir baş nazir ölkənin yiyəsi ola bilməz. O ölkələrin sabibi demokratiyalarda millətdir. Bir dəfə 'yiyə mənəm' demək, millətinə hörmətsizlikdir. 

Dövlət başçısı Ərdoğan 16 apreldə keçiriləcək referenduma da toxunaraq deyib ki, tez-tez bir sorğu məsələsi və etimad məsələsi gündəmə gətirilir. Bunlar təbii ki hər zaman iqtidarları təhdid etmişdir. Prezidentlik hökumətində bu problemle qarşı-qarşıya qalınmayacaq. Çünki icra hakimiyyəti beş il müddətində vəzifədə olacaq.



Әlaqәli Xәbәrlәr