“Artan irqçilik alyansa üzv ölkələr üçün təhdid yaradır”

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çəlik, Ankarada qəzet və xəbər agentliklərinin nümayəndələrini qəbulu zamanı Hollandiyada artan irqçiliyin alyansa üzv ölkələr üçün də təhdid olduğunu vurğulayıb

690503
“Artan irqçilik alyansa üzv ölkələr üçün təhdid yaradır”

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çəlik, Ankarada qəzet və xəbər agentliklərinin nümayəndələrini qəbulu zamanı Hollandiyada artan irqçiliyin alyansa üzv ölkələr üçün də təhdid olduğunu vurğulayıb və Hollandiya ilə yaşanan böhrana görə bəzi ölkərin etidal çağırışlarına isə “Bu tərəfsiz və ya biganə qalınacaq bir mövzu deyil” deyərək cavab verib.

Hollandiyanın insan hüquqları müqaviləsini təhdid edən tətbiqlərinə qarşı bütün ölkələrə lazımlı addımları atmaları üçün çağırış verən Ömər Çəlik, Hollandiya baş nazirinin, ölkəsini irqçiliyə təslim etdiyini qeyd edib.

Avropanın, böhrandan xilas olabilmədiyi üçün irqçiliyin pəncəsinə düşdüyünü, keçmişdə də yaranan böhran ilə əlaqəli düzgün addımlar ata bilmədiyi üçün Birinci Dünya müharibəsinin yarandığını ifadə edən Çəlik: “ Qarşımızdakı böhran unutulmamalıdır. Vilders, məscidləri bağlamaq, özlərindən olmayanları ölkədən qomaqdan danışır. Bu sözlərlə Avropadakı fərqli etnik qruplar hədəf götürülür. Mövcud faşizmin mənşəyi mədəni üstünlük sərgiləməkdir. Yalnız irqçilər qəbul etmirlər deyə, İnsan hüquqları və demokratiya kimi dəyərlər heçə sayıla bilməz. Aİ isə cərəyan edən bu proseslər qarşısında etidal çağırışı ilə kifayətlənməməlidir. Problemin həlli uğrunda lazımlı addımlar atmalıdır. Hal-hazırda bu Avropa üçün təhdid hesab edilir. irqçilərin Avropaya zərə verəcəkləri idrak edilməlidir. Əks təqdirdə İnsan haqları və demokratik xalqlar mövzusunda böyük problemlər ilə qarışı-qarşıya gəlinəcək. Bu neo-faşist şiddət olaraq onların önünə çıxacaq. Avropaya daha bir dəfə çağırış edirik ki, Avropa dəyərlərini pozan Niderlanda qarşı lazımlı tədbirləri təcili olaraq görsün”  deyə    Ömər  çəkil  vurğulayıb.

Qeyd edək ki, 12 Martda, Niderland rəhbərliyi, Xarici işlər naziri Mevlüt Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verməmiş, Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanı isə Türkiyənin Rotterdam Başkonsulluğuna getməsinin qarşısını almışdı.



Әlaqәli Xәbәrlәr