Hollandiyanın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb

Türkiyə Xarici İşlər Nazirliyi Hollandiya hökumətinin türkiyəli nazirlərin girişini dayandırdıqdan sonra açıqlama verib.

689619
Hollandiyanın  Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb

“Biz, məzuniyyətdə olan Hollandiya səfirinin bir müddət geri dönməməsini istəyirik”. Bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.  

Türkiyə Xarici İşlər Nazirliyi Hollandiya hökumətinin türkiyəli nazirlərin girişini dayandırdıqdan sonra açıqlama verib. 

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Diplomatik münasibәtlәrimizdә mәruz qaldığımız qәbul edilmәz  vә tәhlükәli addımın mәsuliyyәti Hollandiya hökumәtinә aiddir. Hollandiya hökumәtinin qәrarını qınayırıq’’

Qeyd edәk ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra bu ölkәnin Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.  

Açıqlamada yazılıb: “Hələ də icazəli olaraq Türkiyədən kənarda olan Hollandiya səfirinin bir müddət vəzifəsinə qayıtmasını arzu etmədiyimizi bildiririk”.



Әlaqәli Xәbәrlәr