Ərdoğan və Putin sözlərini həm də mətbuata ünvanladılar

Türkiyə - Rusiya Ali Səviyyə Əməkdaşlıq Şurasının 6-cı konfransı Rusiyanın paytaxtı Moskvada sona çatdı.

689220
Ərdoğan və Putin sözlərini həm də mətbuata ünvanladılar

  Sonra Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ortaq mətbuat konfransında çıxış etdilər.

  Ərdoğan dedi: "Cenevrə prosesindən nəticə almaq üçün bütün tərəflərin səmimi olması lazımdır. Türkiyə 35 ildir terrorla mübarizə aparır. Bu gün DAEŞ, PYD, YPG, Əl Nusra kimi terror təşkilatları bizim üçün hər an təhlükədir. Suriyanın ərazi bütövlüyü və milli birliyini heç kim təhlükəyə atmamalıdır. Türkiyə Rusiya ilə birlikdə problemə ədalət və haqq əsasında həll yolu tapmaq üçün səyləri davam etdirir. Biz Suriya və İraqın ərazi bütövlüyü tərəfdarıyıq. Fərat Qalxanı Hərəkatında Əl Babdan sonrakı hədəf olaraq Münbiçlə bağlı koalisiya qüvvələriylə birlikdə hərəkət etmək istəyirik. Münbiçdə öz əhalisi olmalıdır. Telaferdə soydaşlarımız olan türkmənlər var."

  Türkiyə dövlət başçısı çıxışında turizm məsələrinə də toxunaraq deyib: "Mən rusiyalı dostlarımızı ölkəmizə dəvət edirəm. Gəlsinlər, Türkiyənin tarixi, turistik və mədəni gözəlliklərini onlar da görsünlər."

  Rəcəb Tayyib Ərdoğan həmçinin 1 milyard dollarlıq sərmayə ilə qurulan Türkiyə - Rusiya Ortaq İnvestisiya Fondu ilə bağlı da danışaraq bunun iki ölkə arasındakı əlaqələrin güclənməsi baxımından mühüm addım olduğunu söyləyib.

  Mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin də çıxış edərək ölkədə fəaliyyət göstərən Türkiyə firmalarına iş vizası qadağasının qaldırılacağı müjdəsini verib. O deyib: "Türkiyə vətəndaşlarına çalışma icazələri və viza verilməsi asanlaşacaq, şirkətlərinə qadağalar ən yaxın zamanda aradan qaldırılacaq. Bu siyasi qərarı artıq verdik. Tezliklə tətbiq olunacaq."

  Gələcək planlar və ikili əlaqələrlə bağlı isə Putin bunları söyləyib: "Terrorla mübarizədə səyləri birləşdirəcəyik. DAEŞ-ə qarşı ortaq mübarizədə qərarlıyıq. Türkiyə bizim mühüm tərəfdaşlarımızdan biridir. Artıq ikitərəfli əlaqələrə yenidən başlayırıq. Yeni ortaq investisiya fondu qururuq. Türkiyədə Akkuyu Nüvə Stansiyası layihəsilə bağlı işlər davam edir."



Әlaqәli Xәbәrlәr