Son bir həftədə 98 terrorçu zərərsizləşdirildi

Terrorla mübarizə çərçivəsində ölkə daxilindəki əməliyyatlarda həftə ərzində terror təşkilatı mənsubu 98 terrorçu zərərsizləşdirilib.

688981
Son bir həftədə 98 terrorçu zərərsizləşdirildi

Terrorla mübarizə çərçivəsində ölkə daxilindəki əməliyyatlarda həftə ərzində terror təşkilatı mənsubu 98 terrorçu zərərsizləşdirilib.

Son bir həftədə Diyarbəkir, Bingöl, Siirt, mardin, Bitlis, Batman və Kars vilayətlərində həyata keçirilən əməliyyatlarda terror təşkilatı PKK mənsubu 27 terrorçu, “Fərat qalxanı” əməliyyatı çərçivəsində isə DEAŞ mənsubu 71 terrorçu məhv edilib.

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi üçün avqustun 24-də Türkiyənin başçılığında start verilən “Fərat qalxanı” əməliyyatı çərçivəsində isə əməliyyatların başlandığı gündən bəridir 2 min 647-si ölü olmaqla DEAŞ mənsubu cəmi 3 min 60 terrorçu zərərsizləşdirilib.

Əməliyyatın həyata keçirildiyi gündən bəridir 425-i ölü olmaqla PKK/PYD/YPG mənsubu cəmi 462 terrorçu zərərsizləşdirilib. Təşkilata məxsus 2 min 325 hədəf də məhv edilib.



Әlaqәli Xәbәrlәr