Türkiyә Kabildә törәdilәn terror hücumunu qınadı

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə  törәdilәn terror hücumunu  qınayıb.

687566
Türkiyә Kabildә törәdilәn terror hücumunu  qınadı

Türkiyə  Əfqanıstanın paytaxtı Kabildə  törәdilәn terror hücumunu  qınayıb.

Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı verilən açıqlamada, Kabildəki hərbi hospitala  təşkil edilən terror hücumu nəticəsində  30 nəfərin həlak olması və çox sayda adamın yaralanması  ilə əlaqədar Türkiyə dövləti və xalqının hiss etdiyi  dərin kədər dilə gətirilib.

 Açıqlamada bu ifadələrə yer verilib: ‘‘ "Əfqanıstanın sülh və sabitliyini hədəf alan bu  hücumu şiddətli şəkildə qınayır, həyatlarını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həlak olanların yaxınlarına, Əfqanıstan Hökumətinə və qardaş Əfqan xalqına dərin hüznlə başsağlığı veririk".



Әlaqәli Xәbәrlәr