Rәcәb Tayyib Әrdoğan TRT-yә müsahibә verib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  ölkә xaricindә yaşayan Türk  vәtәndaşları ilә  bir araya gәlmәk üçün lazımi işlәrin  davam etdirildiyini  deyib.

687593
Rәcәb Tayyib Әrdoğan TRT-yә müsahibә verib

Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  ölkә xaricindә yaşayan Türk  vәtәndaşları ilә  bir araya gәlmәk üçün lazımi işlәrin  davam etdirildiyini  deyib.

TRT-nin qonağı olan Rәcәb Tayyib Әrdoğan xaricdә yaşayan Türkiyә  vәtәndaşlarına  müraciәt edәrәk dövlәt başçısı olaraq  onlardan yeganә xahişinin heç bir maneәyә baxmayaraq  sәs vermәlәri olduğunu, verәcәkləri sәsin isə Qәrbә, dünyaya әn gözәl cavab olacağını söyləyib.

Rusiyaya edәcәyi sәfәrә toxunan Rәcәb Tayyib Әrdoğan  görüşlәrdә başda Suriya mәsәlәsi olmaqla, ikitәrәfli münasibәtlәr  vә regional mövzuların  müzakirә olunacağını deyib.

Rәcәb Tayyib Әrdoğan Prezidentlik hökuməti sistemi ilә baş nazirliyin aradan qalxacağını, parlamentin  qanunvericilik vә nәzarәt gücünün artacağını bildirib.

"Xalqımıza daha yaxşı xidmət vermək istәyirik’’  deyən Rәcәb Tayyib Әrdoğan ‘‘2023-cü ilədək nəzərdə tutduğumuz hәdәflәrimizin ilk 10-na yeni sistem sayәsindә nail ola bilәrik’’ deyә qeyd edib.

Rәcәb Tayyib Әrdoğan  mövcud sistemin Türkiyədə sabitliyi təhdid etdiyini söyləyərək: ‘‘Biz özümüz üçün deyil, ölkәmizin gәlәcәyi üçün bir sistem inşa edirik’’ deyib.

Dövlәt başçısı yeni sistemlә  terrorla mübarizәdә dә sürәtli nәticәlәrin әldә edilәcәyini qeyd edib.

Rәcәb Tayyib Әrdoğan  Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin iyulun 15-dә  hәyata keçirdiyi uğursuz dövlәt çevrilişi cәhdi ilә әlaqәdar  bildirib ki: ‘‘ 15 iyulda millәtimizin imanını, vәtәn sevgisini görürәm. 16 aprel 15 iyulla hesablaşma günü olacaq’’ deyib.



Әlaqәli Xәbәrlәr