Türkiyə, Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Antalyada toplantı keçirdilər

Toplantının əsas mövzusu terrorla mübarizə oldu.

686754
Türkiyə, Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Antalyada toplantı keçirdilər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah  rəisi ordu generalı Joseph Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov  ordu generalı  Hulusi Akarın dəvəti ilə Antalyada bir araya gəliblər.

Üç ölkənin silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə toplantı keçirilib.

Toplantının əsas mövzusu terrorla mübarizə olub.

Məlumatda tərəflərin Suriyada fəaliyyət göstərən bütün terror təşkilatları ilə mübarizənin son vəziyyəti başda olmaqla, Suriya və İraqdakı regional problemləri müzakirə etdikləri bildirilir.

Terror təşkilatları ilə mübarizənin daha təsirli olması üçün üç ölkənin silahlı qüvvələri arasındakı arzuolunmaz hadisələrin qarşısının alınması istiqamətində görüləcək tədbirlər də müzakirə olunan məsələlər arasında olub. 

Bu çərçivədə 'Suriyada koordinasiyalı hava əməliyyatları' barədə daha əvvəl  əldə olunan razllaşma, quru birliklərinin fəaliyyətlərinin genişləndirilməsi məsələləri dəyərləndirilib.

Türkiyənin baş naziri Binəli Yıldırım toplantı haqqında: 'Suriyanın bütün terror təşkilatlarından təmizlənməsi üçün yaxşı bir koordinasiyaya ehtiyac var. Əgər bu koordinasiya təmin olunmazsa, arzu etmədiyimiz münaqişə riski yarana bilər' şəklində danışdı.

 



Әlaqәli Xәbәrlәr