Türkiyənin Mosul Başkonsulluğu terror təşkilatı DEAŞ-dan təmizləndi

Mosulun qərbindəki Teyyaran məhəlləsində Türkiyənin Mosul Başkonsulluğu binasının da olduğu bölgənin tamamına nəzarət İraq ordusunun əlinə keçib.

686275
Türkiyənin Mosul Başkonsulluğu terror təşkilatı DEAŞ-dan təmizləndi

Hərbi mənbələrdən əldə edilən məlumata görə, məhəllə terroristlərdən xilas edildikdən sonra Başkonsulluq binasının yerləşdiyi sahəki  TNT və bənzər partlayıcılar təmizlənib.

İraqın ikinci böyük şəhəri olan Mosula nəzarət İyun 2014-də terror təşkilatı DEAŞ-ın əlinə keçdikdən sonra Türkiyənin Mosul Başkonsulluğu başaldılmışdı. DEAŞ mənsubu terroristlər tərəfindən işğal edilən bina qərargah olaraq istifadə edildiyi üçün koalisiya təyyarələri tərəfindən bombalanmışdı. Bu səbəbdən bina hazırda  istifadə edilə bilməz vəziyyətdədir.



Әlaqәli Xәbәrlәr