TDV, Yəmənə  yardım  üçün kampaniya başladıb

Türkiyə Diyanət Vəqfi (TDV), vətəndaş müharibəsi və siyasi qeyri-müəyyənlik səbəbiylə çətin günlər keçirən Yəmən xalqı üçün yardım kampaniyası başladıb.

686073
TDV, Yəmənə  yardım  üçün kampaniya başladıb

TDV, sosial təhlükəsizlik şəbəkələri məhv olan, qeyri-sabit iqtisadiyyat  ilə  qarşı-qarşıya qalan Yəməndə, daha ağır humanitar fəlakət yaranmasının qarşısını almaq üçün vətəndaşlara yardım səfərbərliyi haqqında çağırış edib.

Kampaniya çərçivəsində TDV-nə, “bagis.diyanetvakfi.org.tr” ünvanından, bütün bankların kredit kartı ilə online olaraq və ya SMS göndərərək yardım çatdırmaq mümkündür.

24 milyon əhalinin yaşadığı Yəməndə, 18,8 milyon nəfər hümanitar yardıma möhtaçdır. 14,4 milyon nəfər təmiz su istifadə edə bilmir. 14,7 milyon nəfər sağlamlıq xidmətlərindən məhrumdur. 3,3 milyon uşaq, hamilə və ya əmizdirən qadın isə kifayət qədər qidalana bilmir. 462 min uşaq isə ciddi sağlamlıq problemi ilə qarşı-qarşıya qalıb.



Әlaqәli Xәbәrlәr