Almaniyanın qalmaqallı qərarlarına daha bir yenisi əlavə olundu

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Hamburg şəhərində çıxış edəcəyi salon yanğına qarşı kifayət səviyyədə qoruma olmadığına görə dəyişdirilib.

685922

Hamburg şəhəri Mitte bələdiyəsindən adı açıqlanmayan bir sözcü mətbuata verdiyi bəyanatda dəyişikliyə təhlükəsizlik səbəblərini göstərib və salonda yanğın xəbərdarlıq sisteminin olmadığını, yeni əmrə qədər salondan istifadə edilə bilməyəcəyini bildirib.

Digər tərəfdən Çavuşoğlunun çıxış etməsi üçün başqa salondan istifadə ediləyəci, ancaq bunun bugün açıqlanacağı qeyd edilib.

Daha əvvəl də Baden-Württemberg əyalətinin Gaggenau şəhərində ədliyyə naziri Bəkir Bozdağın cümə axşamı günü çıxış edəcəyi tədbir də “avtomobil dayanacağı və girişlərin kifayətli olmadığı” irəli sürülərək ləğv edilmişdi.

İqtisadiyyat naziri Nihad Zeybəkçinin də bazar günü Köln şəhərində çıxış edəcəyi tədbir də salondan istifadə edən şirkət tərəfindən ləğv edildiyi bildirilmiş, ancaq tədbir başqa salonda keçirilmişdi.

Әlaqәli Xәbәrlәr