Yunanıstana keçməyə çalışan qaçqınlar saxlanıldı

Jandarma Komandanlığı Sokakağzı sahilinə əməliyyat təşkil edib.

684938
Yunanıstana keçməyə çalışan qaçqınlar saxlanıldı

  Türkiyənin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına keçməyə çalışan 44 xarici vətəndaş tutulub.

  Bölgə Jandarma Komandanlığı Sokakağzı sahilinə əməliyyat təşkil edib. Əməliyyatda aralarında qadın və uşaqların da olduğu Suriya, Əfqanıstan, Qana, Konqo, Eritreya və Yamaykadan olan 44 nəfər saxlanılıb. Daha sonra onlar Ayvacık Xariciləri Geri Göndərmə Mərkəzinə aparılıb.



Әlaqәli Xәbәrlәr