“Türkiyə belə ölkə idi, amma indi… “ R.T.Ərdoğan

İstanbulun Tekirdağ rayonunda etdiyi çıxışında bölgədə və dünyada böyük bir dəyişmə yaşandığının vurğulayan Ərdoğan deyib...

684750
“Türkiyə belə ölkə idi, amma indi… “ R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 16 Aprel referendumunun çox əhəmiyyətli olduğunu, nəticəsinə görə ölkəni lider səviyyəyə gətirəcəklərini söyləyib.

  İstanbulun Tekirdağ rayonunda etdiyi çıxışında bölgədə və dünyada böyük bir dəyişmə yaşandığının vurğulayan Ərdoğan deyib: "Əgər bu konstitusiya dəyişikliyi prosesini əlimizdən qaçırsaq, millətimiz ən az yarım əsr geri düşər. Bu günahın altına girə bilmərik. Ona görə 16 Aprel referendumu çox əhəmiyyətlidir. Səsvermə böyük və güclü Türkiyəyə, lider Türkiyəyə gedən yolu genişləndirəcək, asanlaşdıracaq."

  Terrorla mübarizəyə də toxunan Ərdoğan bu sözləri deyib:

  “Əvvəllər terrorla mübarizədə müəyyən dairələrdən icazə almadan addım atmaq olmurdu. Türkiyə belə ölkə idi. Amma bu gün Cudiden Cerablusa, Qabardan Əl Baba qədər hər yerdə hərbi əməliyyat aparan bir Türkiyə var. Daha icazə-filan almağa ehtiyac yoxdur. Artıq dostuna güvən verən, terror təşkilatlarının canına qorxu salan bir Türkiyə var…

  Son 1 il yarımda 3 mindən çox DAEŞ, 10 min də PKK terrorçusunu zərərsizləşdirdik. FETÖ-nün dövlət idarələrində çalışan adamlarını bir-bir təyin edərək hüquqa təslim etdik və edirik. Şəhidlərimizin qanını yerdə qoymuruq, qoymayacağıq. Terrorun da kökü quruyana qədər bu mübarizəni davam etdirəcəyik, heç narahat olmayın."

  Bu sözlər Türkiyə dövlət başçısının İstanbulun Tekirdağ rayonunda etdiyi çıxışından idi.  



Әlaqәli Xәbәrlәr