Türkiyə terrorla mübarizəni əzmlə davam etdirir

Son  həftədə "Fərat Qalxanı" əməliyyatında 15 terrorçu, Türkiyənin daxilindəki əməliyyatlarda isə 2-si mavi siyahıda olan 35 PKK  terrorçusu zərərsizləşdirildi.

684429
Türkiyə terrorla mübarizəni əzmlə davam etdirir

Son  həftədə "Fərat Qalxanı" əməliyyatında 15 terrorçu, Türkiyənin daxilindəki əməliyyatlarda isə 2-si mavi siyahıda olan 35 PKK  terrorçusu zərərsizləşdirildi.
 
 Türkiyə Silahlı Qüvvələri ölkə daxilndə və xaricində terrorla mübarizə əməlyyatlarının son  həftəlik nəticəsi barədə məlumat verdi.
 
Məlumatda "Fərat Qalxanı" əməliyyatı çərçivəsində 6 DEAŞ , 9 PYD terrorçusunun məhv edildiyi bildirilir.
 
 Terrorçulara aid biri bombalı, bir silahlı nəqliyyat vasitəsi ələ keçirilib.
 
 El Babın nəzarət altına alınmasından sonra axtarış fəaliyyətləri davam edir,

Azez və Cerablusda 241 yaşayış məntəqəsi nəzarət altına alınıb.
 
 Əməliyyatların davam etdiyi Şırnak, Bitlis, Mardin, Ağrı, Ərzurum və Muşda 35 terrorçu zərərsizləşdirilib.
 
 Terrorçulardan ikisinin adı Daxili İşlər Nazirliyinin mavi siyahısında idi.
 
 Əməliyyatlarda 21 terrorçu sığınacağı, 12 əl istehsalı partlayıcı qurğu məhv edilib.
 
 Tuncelidə aparılan Şəhid Piyada Er Nəzmi Yıldızlı əməliyyatında isə 13 sığınacaq və 3 mağarada partlayıcılar tapılıb.
 
 Hakkaridə isə bombalı aksiyada istifadə edilməsi planlaşdırılan 1 oğurlanan nəqliyyat vasitəsi ələ keçirilib.



Әlaqәli Xәbәrlәr