“Terrorla mübarizədə uğurlu işlər görüldü”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş hakimiyyətdə daha təsirli, daha sürətli qərar verə bilən icraedici hakimiyyətə ehtiyac olduğunu bildirib.

683686
“Terrorla mübarizədə uğurlu işlər görüldü”, N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş hakimiyyətdə daha təsirli, daha sürətli qərar verə bilən icraedici hakimiyyətə ehtiyac olduğunu bildirib.

Numan Kurtulmuş bunu özəl televiziya kanallarından birində iştirak etdiyi proqramda deyib.

Terrorla mübarizədə uğurlu işlər gördüklərini bildirən Kurtulmuş qeyd edib ki, 17 iyulda çevrilişə cəhd edən Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) və bunların arxasındakı güclərin bir daha çevrilişə cəhd edə biləcək cəsarətləri olmayacaq. Millət də çevrilişə cəhd etmək istəyənlərə imkan verməyəcəkdir.

Baş nazirin müavini Numan Kurtulmuş 16 apreldə səsə qoyulacaq Prezidentlik sistemini də  əhatə edən konstitusiya dəyişikliyi qüvvəyə minəcəyi təqdirdə çevriliş təşəbbüslərinə zəmin hazırlayan və icraedici hakimiyyətdə iki hakim qüvvəyə səbəb olan sistem probleminin həll ediləyəciyini vurğulayıb.

Kurtulmuş deyib ki, mövcud sistem böhran yaratma potensiyalı olan hökumət və Məclisin qarşısında əngəl törədən bir sistemdir. Qəbul edilməsini istədiyimiz sistemin zəmanəti isə millətdir. Bu baxımdan da çevriliş cəhdlərinə mane olacaq bir modeldir.

Son vaxtlarda müsbət addımların atıldığı iqtisadiyyata da toxunan Numan Kurtulmuş istehsalat sahəsindəki fəaliyyətləri diqqətli şəkildə davam etdiririklərini, çərçivədə müxtəlif layihələrin həyata keçirilməsi üçün nəhəng addımlar atıldığını bildirib.

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədi ilə 24 avqustda Türkiyənin başçılığında həyata keçirilən “Fərat qalxanı” əməliyyatına da toxunan Kurtulmuş bildirib ki, Türkiyənin başqasının torpağında gözü yoxdur. Orda daimi qalmaq, “o şəhərlərdə hakimiyyətimiz olsun” deyə bu əməliyyatları həyata keçirmirik. Bundan sonrakı əməliyyatların da belə bir məqsədi yoxdur. Bu əməliyatların məqsədi o bölgələrdə insanların təhlükəsiz şəkildə yaşaması, sülhə qovuşması, şəhərlərin öz əhalisi tərəfindən idarə olunması, yenidən xalqların məskunlaşmasıdır.

“Rakka rakkalılarındır” deyə qeyd edən Numan Kurtulmuş Rakka əməliyyatı barədə isə deyib ki, rakkalıları ordan çıxarıb, yüz faizə yaxını ərəb olan bir şəhərə başqa etnik qrupun yerləşdirilməsindən nəticə əldə edilə bilməz. Belə addımlarla Orta Şərqdə axıdılan qanın qarşısının alına bilməyəcəyini Rusiya və ABŞ-na dəfələrlə ifadə etdik. Bu iki ölkənin yeni Orta Şərq siyasətlərində əməkdaşlıq etmələri üçün doğru tərəfdaş ölkə Türkiyədir. Bölgədə qazanc əldə etmək üçün bir sıra regional güc imkanları əldə etməyə cəhd göstərə bilərlər, ancaq bu daimi olmaz. Heç bir şəkildə Suriyadakı bu vəkalət müharibəsi  davam edə bilməz, heç bir ölkənin öz başına nəticə əldə etmə ehtimalı yoxdur.

“Münbiç, Rakka əməliyyatlarının bu ölkələrlə danışaraq, müzakirə edərək həyata keçirilməsinin lazım olduğunu düşünürük. Lakin Rakkadakı həssaslığımızı da açıq şəkildə dilə gətiririk. Əgər bir terror təşkilatını ordan çıxarmaq üçün başqa bir terror təşkilatı ilə əməkdaşlıq ediləcəkdirsə Türkiyə belə bir ssenarinin içində ola bilməz” -deyə baş nazirin müavini Numan Kurtulmuş vurğulayıb.



Әlaqәli Xәbәrlәr