Müxalifət partiyaları da Almaniyaya qarşı öz reaksiyalarını göstərdilər

Cümhuriyyət Xalq Partiyası (CHP) Qrup sədrinin vəkili Özgür Özəl Türkiyəni ölkə xaricində təmsil edən bir nazirə Almaniyanın rəftarının qəbul edilməz olduğunu bildirib.

684071
Müxalifət partiyaları da Almaniyaya qarşı öz reaksiyalarını göstərdilər

Cümhuriyyət Xalq Partiyası (CHP) Qrup sədrinin vəkili Özgür Özəl Türkiyəni ölkə xaricində təmsil edən bir nazirə, yüksək səviyyəli diplomatik əlaqələrin olduğu bir ölkə tərəfindən eynilə senzura tətbiq edilməsinin qəbul edilməz olduğunu söyləyib.

Anadolu xəbər agentliyinin suallarına cavab verən Özəl bildirib ki, bizimlə tam zidd düşüncədə olan birisi də olsa müttəfiq və dost ölkədə qarşı-qarşıya qaldığı bu davranışa sərt şəkildə etiraz edirik.

Cümhuriyyət xalq partiyasının söz azadlığını müdafiə etdiyini vurğulayan Özəl deyib ki, hər kəsin düşüncələrini azad şəkildə müdafiə etməsindən, buna heç bir şəkildə maneə olunmamasından tərəfik. Türkiyəni ölkə xaricində təmsil edən bir nazirə göstərilən bu rəftar diplomatik olaraq iki ölkənin əlaqələrinə zərər verə biləcək bir yanaşmadır. Bunu təsdiqləmirik. Almaniyanın düşüncə azadlığı mövzusunda söylədiyi sözləri puça çıxaran, səmimi olduğunu sual altında qoyan bir yanaşmadır.

Almaniyanın səhv yanaşmasına Xalqların Demokratik Partiyası (HDP) da öz reaksiyasını göstərib.

Partiyanın sözçüsü Osman Baydəmir bildirib ki, siyasətçi istədiyi yerdə istədiyi düşüncələrini ifadə edə bilməlidir və düşüncələrinə görə  ona mane olunmamalı, qadağa qoyulmamalı, ayrı-seçkiliyə məruz qalmamalıdır.



Әlaqәli Xәbәrlәr