Bu yol Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılsın

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatır.

684415
Bu yol Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılsın

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılmasının artıq başa çatıdığını bildirib.

"Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər"-deyə nazir vurğulayıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.



Әlaqәli Xәbәrlәr