Terror təşkilatı PKK-nın daha 16 hədəfi məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hava əməliyyatında terror təşkilatı PKK-ya məxsus 16 hədəf məhv edilib.

682454
Terror təşkilatı PKK-nın daha 16 hədəfi məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalına istiqamətli həyata keçirdiyi hava əməliyyatında terror təşkilatı PKK-ya məxsus 16 hədəf məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına əsasən, Qəndil və Avaşin-Basyan bölgələrində ötən gün axşam radələrində əldə edilən kəşfiyyatın dəyərləndirilməsi ilə Türk hava Qüvvələrinə məxsus qırıcılar terrorçulara aid 16 hədəfi bombalayıb.

Əməliyyat zamanı mağara, sığınacaq yerlər və terrorçuların yaşadıqları məkanlar məhv edilib.



Әlaqәli Xәbәrlәr