“Türkiyə PKK-nın davamı olan terror təşkilatları ilə bir əməliyyatda yer almayacaqdır”,B.Yıldırım

B.Yıldırım Türkiyənin Rakkadakı əməliyyatda terror təşkilatı PKK-nın davamı olan PYD-YPG kimi terror ünsürlərindən istifadə ediləcəyi təqdirdə yer almayacağını söyləyib.

681770
“Türkiyə PKK-nın davamı olan terror təşkilatları ilə bir əməliyyatda yer almayacaqdır”,B.Yıldırım

Baş nazir Binəli Yıldırım  Suriyadakı Əl-Bab əməliyyatını uğurla tamamlayan Türkiyənin Rakkadakı əməliyyatda terror təşkilatı PKK-nın davamı olan PYD-YPG kimi terror ünsürlərindən istifadə ediləcəyi təqdirdə yer almayacağını söyləyib.

Baş nazir hakim Ədalət və İnkişaf Partiyasının Məclisdəki qrup yığıncağında etdiyi çıxışda Türkiyənin PKK-nın əqraba təşkilatlari ilə bir əməliyyatda yer almayacağını vurğulayıb.

O deyib ki, ABŞ-na dəqiq şəkildə söylədik. Bir terror təşkilatını məhv üçün başqa bir terror təşkilatından istifadə etsəniz onu məhv etmək üçün nədən istifadə ədəcəksiniz? Bu, ABŞ ilə tarixi əməkdaşlıqla üst-üstə düşmür.

Ötən gün İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzani ilə Ankarada görüş keçirdiklərini bildirən baş nazir Yıldırım bölgədəki prosesi, PKK-ya qarşı əməkdaşlığın gücləndirilməsi və terrorla mübarizədə təsirli addımlar atılması mövzularını müzakirə etdiklərini söyləyib.

Türkiyənin İraqın torpaq bütövlüyünə sonunadək hörmətlə yanaşdığını vurğulayan baş nazir bildirib ki, Türkiyə İraqın əsas qanunları nədirsə ona da hörmətlə yanaşar. Bizim bundan başqa diplomatik addım atmaq, buna görə yeni metodlar ortaya qoymaq  kimi bir əməliyyatımız olmadı, ola bilməz. Bunu hər zaman deyirik, bizim kürd qardaşlarımızla problemimiz yoxdur. İraqda, Suriyada yaşayan, terrorla işi olmayan kürdlər bizim qardaşımızdır. Ölkəmizdəki Türk, Kürd mənşəli qardaşlarımız da bizim üçün dəyərlidir.

Baş nazir Ermənistan-Azərbaycan cəbhə xəttindəki toqquşmalara da toxunaraq,  şəhid olan 5 Azərbaycan hərbçisinə Allahdan rəhmət diləyib.

Azərbaycan xalqının kədərinin Türkiyənin kədəri olduğunu dilə gətirən Yıldırım deyib ki, Dağlıq Qarabağ münaqişəsi illərdir qanayan yaradır və Azərbaycan torpaqları Erməni quldur dəstələri tərəfindən işğal edilib, bu problem indiyədək həllini tapmayıb. Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci də sevincimizdir. Qardaş Azərbaycanın haqlı olduğu bu məsələdə hər zaman yanında olduğumuzu bir daha dilə gətirmək istəyirəm.



Әlaqәli Xәbәrlәr