Prezident Ərdoğan: “İƏT ciddi potensiala sahibdir”

Prezident R.T.Ərdoğan, Pakistanın paytaxtı İslamabada səfəri əvvəli, Atatürk Hava Lımanında mətbuat konfransı təşkil edib.

681678
Prezident Ərdoğan: “İƏT ciddi potensiala sahibdir”

Prezident Ərdoğan Pakistana səfəri çərçivəsində, bu ölkənin paytaxtı İslamabada keçiriləcək sayca 13-cü İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək liderlərlə ikitərəfli danışıqlar edəcəyini bildirib. Türkiyənin İƏT-in yaradıcı üzvlərindən biri olduğunu xatırladan Ərdoğan: İqtisadi əməkdaşlıq təşkilatı, 1985-ci ildə əməkdaşlığı irəli pillələrə qaldırmaq və əlaqələri inkişaf etdirmək məqsədiylə Pakistan və İran ilə birlikdə yaradıldı. Daha sonra digər dost və qardaş ölkələrin iştirakıyla əhatə dairəsi genişlədildi və inkişaf etdirildi. Hazırda təşkilat 8 milyon kvadrat kilometrlik sahədə 400 milyon əhaliyə xidmət edir və üzv sayı 10-a çatıb. Bu baxımdan da ciddi potensiala sahibdir. İslamabad sammiti, çox həssas proseslərin yaşandığı, tarixi xüsusiyyət daşıyan hadisələrin cərəyan etdiyi bir dövrdə keçirilir. Avrasiyanın dünyanin siyasət, ticarət və iqtisadiyyat sahəsindəki gücünün artmağa başladığı prosesdən keçirik. İslamabad zirvə toplantısının əsas təması regional rifah üçün nəqliyyat, informasiya və ticarət yollarının bir-birinə bağlanmasından ibarətdir. Bakı-Tbilisi-Qars kimi qatar xəttləri də, əməkdaşlığa ciddi töhvə verəcək. İƏT-in böyük potensialını hərəkətə keçirmək üçün hələ də bəzi problemlərin olduğunu qəbul etməliyik. Təşkilatın əhatə dairəsində iştirak edən bölgədə, dünya əhalisinin 6% faizi yaşayır. Ancaq təşkilatın ticarət həcmi, üzv ölkələrin ümumi xarici ticarət həcmi tərkibində arzu edilən seviyyədə deyil. Bunu dəyişdirmək üçün bütün ölkələr məsuliyyətlərinin idrakında olmalıdılar” deyə vurğulayıb.

Prezident Ərdoğan, Türk Silahlı Qüvvələrinin Suriyada terror təşkilatı DEAŞ-a qarşı başlatdığı Fərat Qalxanı əməliyyatına da toxunaraq: "Biz bu ərazilərdə DEAŞ-a qarşı mübarizə edirik. Məqsədimiz Rəqqa qəsəbəsini də teroristlərdən təmizləyərək buranı gerçək sahiblərinə qaytarmaqdır. Türkəyə bu ərazilərdə qalmaq niyyətində deyil. Belə bir planı da məqsədi də yoxdur. Təkcə bölgəni terroristlərdən təmizləyərək buradan ölkəmizə istiqamətli gələn təhdidə son qoymaq istəyirik.



Әlaqәli Xәbәrlәr