Türkiyə XİN Ermənistanın Azərbaycana ağır silahlarla hücumunu qınadı

Türkiyə Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət etdi.

680357
Türkiyə XİN Ermənistanın Azərbaycana ağır silahlarla hücumunu qınadı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu il fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla hücumunu qınayıb.

Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.

“Ermənistan uzun illərdir, Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik”, -  deyə bəyanatda qeyd olunub.

Bəyanatda o da bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə həmçinin Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də ifadə edib.

Bəyanatda ayrıca xarici işlər naziri Mevlut Çavuşoğlunun cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat aldığı da bildirilib.  



Әlaqәli Xәbәrlәr