Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bərzanini qəbul etdi

İstanbulda mətbuata qapalı keçirilən görüş 1 saata yaxın davam edib.

680351
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Bərzanini qəbul etdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzanini qəbul edib.

İstanbulda mətbuata qapalı keçirilən görüş 1 saata yaxın davam edib.

Görüşdə ikitərəfli əlaqələr, Mosul və Təlafərin vəziyyəti, terror təşkilatı PKK-nın İraqdakı mövcudluğu və Suriyadakı vəziyyət müzakirə olunub.  

Görüşdə enerji başda olmaqla ticarət əlaqələrindən də danışılıb.

Qeyd edək ki, Türkiyə ilə İraq arasında 10 milyard dollardan artıq ticarət həcmi var. Bunun önəmli hissəsi İraq Kürd Regional İdarə ilə reallaşdırılır.

Bərzaninin ofisindən yayılan məlumatda da görüşdə terror təşkilatı DEAŞ ilə mübarizə və  Mosulu DEAŞ-dan xilas etmə əməliyyatından danışıldığı, dövlət başçısı Ərdoğanın DEAŞ ilə mübarizə mövzusunda Regional İdarəyə Türkiyənin dəstəklərini bir daha dilə gətirdiyi qeyd edilib.

Açıqlamada bölgə və Suriyadakı vəziyyət, Cenevrə müzakirələri, beynəlxalq tarazlıqlardakı dəyişikliklərin bölgə üzərindəki təsiri ilə Türkiyə və İraq arasındakı əlaqələrin də müzakirə olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr