Binəli Yıldırım: “Xocalı qətliamı türk millətinin ortaq dərdidir”

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

680664
Binəli Yıldırım: “Xocalı qətliamı türk millətinin ortaq dərdidir”

“25 il əvvəl işğal olunan Xocalıda erməni cinayətkar dəstələrinin vəhşicə qətlə yetirdiyi soydaşlarımıza Allahdan rəhmət diləyirəm”.

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım  şəxsi  “Twitter''  səhifəsindən verdiyi açıqlamada yazıb.

Baş nazir Binəli Yıldırım 1992-ci il fevralın 26-da  Xocalı  soyqırımının törədildiyini xatırladıb.

Yıldılrım “yerə-göyə sığışmayan acı –  Xocalı  qətliamı” başlıqlı statusunda: “O gün azərbaycanlı mülki şəxslər erməni cinayətkar qruplar tərəfindən vəhşicəsinə qətlə yetirildi. Bu qətliam Türk millətinin ortaq dərdidir” - deyə, bildirib. 



Әlaqәli Xәbәrlәr