Ərdoğan:"Öz tarixini yazmayan cəmiyyətlər başqalarının əsiri olmağa məhkumdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi beynəlxalq dairələrin qara təbliğatları ilə mübarizə aparmaq üçün güclü olmaq məcburiyyətində olduqlarını söylədi.

680084
Ərdoğan:"Öz tarixini yazmayan cəmiyyətlər başqalarının əsiri olmağa məhkumdur"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  4-cü CNR İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışında çıxış etdi.
 
 Ərdoğan öz tarixini yazmayan, ədəbiyyatçıları tərəfindən tarixi mövzuları əsərlərə köçürülməyən cəmiyyətlərin başqalarının əsiri olmağa məhkum olduqlarını,  özünü düzgün şəkildə ifadə etməyən cəmiyyətlərin isə bəzi pis niyyətli dairələrin qara təbliğatının obyekti ola biləcəklərini qeyd etdi.
 
 Türkiyənin də keçmişdə bəzi qara təbliğatlara məruz qaldığını və illərlə  bu iftira kampaniyaları ilə mübarizə aparmaq məcburiyyətində olduğunu bildirən prezident:"Əmin olun ki, bu mübarizə fərqli bir şəkildə bu gün də davam edir. Son illərdə yaşadığımız hadisələrin beynəlxalq media qurumları tərəfindən  ikili standartla əks olunduğunu siz də çox yaxşı bilirsiniz. Terrorçuları qəhrəman edən, həqiqi qurbanları yox sayan, ölkəmizə və dövlətimizə iftira atan media vasitələrinin arxasında pis niyyətli ssenarilər durur. Ölkəmizə qarşı bu davranışın ən bariz nümunələrindən biri də şübhəsiz ki, 15 iyul dövlət çevrilişi cəhdidir" dedi.
 
Ərdoğan Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin 15 İyuldakı dövlət çevrilişinə cəhdi zamanı baş verənlərin müxtəlif tədbirlər, ədəbiyyat və incəsənət vasitəsilə təkrar-təkrar əks etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və : "15 iyulun hər kəsə doğru şəkildə çatdırılması  məsələsində başqalarının insafına, vicdanına, fəaliyyətinə bel bağlaya bilmərik" dedi.



Әlaqәli Xәbәrlәr