Türkiyədə səhiyyə sahəsinə aid 30 min insan işlə təmin ediləcək

Bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ bildirdi.

679889
Türkiyədə səhiyyə sahəsinə aid 30 min insan işlə təmin ediləcək

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ təxminən 30 min insanın səhiyyə sahəsində işlə təmin ediləcəyini bildirdi.
 
 Rəcəb Akdağ Türkiyədə olan 600-dən çox suriyalı həkimin də, təlimlər keçdikdən sonra suriyalı xəstələrə xidmət verəcəyini söylədi.
 
 Türkiyə digər tərəfdən, yerli dərman istehsalına da sürət verir.
 
 Akdağ Türkiyənin dərman istehsalı sayəsində gələcəkdə 8 milyard TL məbləğindəki idxalın qarşısının alınacağını dedi.



Әlaqәli Xәbәrlәr