Ədliyyə naziri Bəkir Bozdağdan Amerikalı həmkarına məktub

Ədliyə naziri Bəkir Bozdağ, Amerikalı həmkarı Jeff Sessionsa bir məktub göndərərək Fətullahçi Terror Təşkilatı fətonun quldurbaşçısı Fətullah Gülənin ekstradisiya edilməsini tələb edib.

678576
Ədliyyə naziri Bəkir Bozdağdan Amerikalı həmkarına məktub

Bəkir Bozdağ məktubunda: “Türk xalqı və dövləti fəto-nun quldurbaşçısı Gülənin ekstradisiya ediləcəyi günü gözləyir. Bunun reallaşması, iki ölkə əlaqələrinin inkişafına töhvə verəcək. Məlumunuzdur ki, iki ölkə Ədliyə Nazirliyinin gündəmindəki əsas mövzu, ABŞ-ın Pennsylvania əyalətində yaşayan, Fətullahçi terror təşkilatı (fəto)-nun yaradıçısı və başçısı Fətullah Gülənin ekstradisiya edilməsi prosesidir. Quldurbaşçısı Gülən ilə əlaqəli müvəqqəti həbs və ekstradisiya edilməsinə dair tələblərimiz nazirliyinizə təqdim edildikdən sonra istənilən əlavə sənəd və dəlillər də dərhal göndərilmişdir. Türk xalqı və dövləti, 15 iyul çevriliş cəhdinin əmrini verən və hələ də milli təhlükəsizliyimiz üçün böyük təhdid təşkil edən fəto lideri Gülənin ölkəmizə ekstradisiya edilməsini gözləyir. Gülənin qaytarılması iki ölkə əlaqələrinə töhvə verəcək. İki ölkə arasındakı razılaşmalar nəzərə alınaraq onun müvəqqəti həbs edilməsi və ya dərhal ölkəmizə qaytarılmasına dair addımların təcili atılması böyük əhəmiyyət kəsb edir. Bunun reallaşması iki ölkə arasındakı mövcud əməkdaşlığın daha da güclənməsində təsirli olacağına inamım tamdır” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr