Türkiyə-Rusiya əməkdaşlığı regional sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGİMO) təşkil olunan forumda çıxış edərkən söylədi.

677327
Türkiyə-Rusiya əməkdaşlığı regional sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir

 Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə-Rusiya əməkdaşlığının regional sabitliyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bildirdi.
 
 Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGİMO) təşkil olunan forumda çıxış edən Şoyqu Türkiyə ilə əməkdaşlıq və NATO məsələlərindən danışdı.
 
 Şoyqu çıxışında Türkiyə ilə hərbi-texniki əməkdaşlıq sahəsində böyük iş aparıldığını və bunun hər iki ölkənin rəhbərliyi tərəfindən dəstəkləndiyini qeyd etdi. 
 
Müdafiə naziri Rusiyanın NATO ilə qlobal təhlükəsizlik məsələlərində dialoqa hazır olmasına rəğmən NATO-nun Rusiya sərhədlərindəki hərbi birliklərini artırmağa davam etdiyini vurğuladı.
 
Sergey Şoyqu  ölkəsinin  silah ixracında dünya miqyasında  ikinci yerdə olduğu,  60-dan çox ölkəyə təxminən 15 milyard dollarlıq silah satdığı barədə məlumat verdi.



Әlaqәli Xәbәrlәr