Mustafa Yenәroğlu ‘’Ana Dili Günü’’dә Türk dilinin әhәmiyyәtindәn danışdı

Türkiyə Böyük Millət Məclisinin  İnsan Hüquqlarını Araşdırma Komissiyasının sədri  Mustafa Yenәroğlu  Türkiyədə istifadə edilən dil və lәhcәlәrә  sahib çıxıldığını bildirib.

676948
Mustafa Yenәroğlu  ‘’Ana Dili  Günü’’dә Türk dilinin әhәmiyyәtindәn danışdı

Mustafa Yenәroğlu  fevralın 21-dә Beynəlxalq Ana Dili  Günü münasibətilə verdiyi yazılı açıqlamada, Türkiyədə ictimai müxtəlifliyin  əksi olan Kürd,  Laz, Ərəb, Süryani dillәri  kimi bir çox dil və ləhcənin mövcudluğunu davam etdirmәk üçün institutlar yaradıldığına diqqәt çatdırıb.

Türk dili  və mədəniyyət təcrübəsinin də gələcək nəsillərə ötürülməsinin vacibliyinә toxunan Mustafa  Yenәroğlu  xaricdə yaşayan Türklәr üçün  dilә xidmәt edәnlәrin dinә xidmәt edәnlәr qәdәr  əhəmiyyətli olduğunu qeyd edib.

Mustafa Yenәroğlu  Milli Təhsil Nazirliyi və Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar  Qurumunun  Türk dili dərslərinin yayılması, sayı və keyfiyyətinin artırılması üçün səylərini sürətləndirdiyini bildirib.

Mustafa  Yenәroğlu  çox dilliliyin  Türk vətəndaşlarının yaşadığı ölkələrdəki multikulturalizmi dəstəkləyәcәyini söylәyib.



Әlaqәli Xәbәrlәr