Türkiyənin baş naziri Binəli Yıldırım və ABŞ-ın vitse-prezidenti Mayk Pens görüşüb
Türkiyәnin baş naziri Binәli Yıldırım 53-ci Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Baş nazir Binәli Yıldırım konfrans çәrçivәsindә Almaniya kansleri Angela Merkel, Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mike Pence, Qaradağ baş naziri Dusko Markovic, Avrupa Xalq Partiyasının sәdri Manfred Veber və Əfqanıstan prezidenti Əşrəf Qəni Әhmәdzai ilә görüş keçirib.
Binalı Yıldırım Merkel ilə keçirdiyi görüşdə Almaniyanı Rakka əməliyyatında iştirak etmәyә dəvət edib.
Binәli Yıldırım-Mayk Pens görüşündә ikitәrәfli vә NATO çәrçivәsindәki hәrbi vә tәhlükәsizlik münasibәtlәri, Fәtullahçı Terror Təşkilatı Paralel Dövlət İdarәçiliyi (FETÖ/PDY) ilə mübarizə mәsәlәlәrinin müzakirә olunduğu qeyd olunub. Bu barәdә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumata bildirilib.
Mәlumata görә, tәrәflәr həmçinin DEAŞ-a qarşı mübarizədə birgə addımların gücləndirilməsi yollarını müzakirə ediblər
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq