Binəli Yıldırım:"Aİ-yə yük olmaq üçün deyil, yükü bölüşmək üçün üzv olmaq istəyirik"

Türkiyənin baş naziri Binəli Yıldırım  Avropa İttifaqının gələcəyə baxışını yenidən nəzərdən keçirməli olduğunu bildirdi.

675021
Binəli Yıldırım:"Aİ-yə yük olmaq üçün deyil, yükü bölüşmək üçün üzv olmaq istəyirik"

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə-Malta Biznes Forumunda çıxış edərək: "Avropa İttifaqı mövcud şərtlərə görə gələcəyə baxışını yenidən nəzərdən keçirməlidir. İngiltərə səbəb axtarır, başqa ölkələrin Avropa İttifaqı ilə bağlı fikirləri nədir? Bunları sağlam məntiqi təfəkkürlə qiymətləndirmək və buna görə Türkiyə ilə bağlı münasibətləri yenidən qurmaq lazımdır. Biz Avropa İttifaqına yük olmaq üçün deyil, Avropa İttifaqı ilə yükü bölüşmək üçün üzv olmaq istəyirik" dedi.
 
Yıldırım Türkiyə ilə Malta arasındakı əlaqələri inkişaf etdirmək istədiklərini bildirdi və:"Son 2 ildə ticarət dövriyyəmizdə ciddi azalma var. Bu əlbəttə ki, qlobal iqtisadi böhranla əlaqədardır və müvəqqəti bir haldır. Əlimizdə bu məsələni sürətlə bərpa edəcək imkanların olduğunu düşünürəm. Maltanın anaada ilə digər ada Qozonu birləşdirmək niyyəti var. Bizim  Avrasiya Tunelinə bənzər bir tuneli birgə inşa edə bilərik" dedi.



Әlaqәli Xәbәrlәr