Ümid Yalçın Washingtonda ABŞ rəsmləri ilə görüşdü

Görüşlərin mövzusu separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD, Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə verilməsi, o cümlədən,Türk - ABŞ əlaqələri idi.

673350
Ümid Yalçın Washingtonda  ABŞ rəsmləri ilə görüşdü

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın Amerika Birləşmiş Ştatlarının  paytaxtı Washingtonda görüşlər keçirdi.
 
Görüşlərin mövzusu separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD, Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə verilməsi, o cümlədən,Türkiyə - ABŞ əlaqələri idi.
 
Ümid Yalçın yaxın zamanlarda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşlər üçün hazırlıq xarakteri daşıyan danışıqların çox səmərəli keçdiyini  bildiridi.
 
 Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri həftənin əvvəlində getdiyi  Washingtonda ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ayrı-ayrılıqda görüşüb.
 
 Yalçın görüşlərdə separatçı terror təşkilatı PKK-nın Suriya qolu  PYD/YPG-yə yeni ABŞ rəhbərliyi tərəfindən dəstək verilməməsi və Gülənin ekstradisiyası məsələlərində Ankaranın mövqeyini çatdırıb.
 
 Suriyada təhlükəsiz zona məsələsi də daxil olmaqla, iki tərəfi də maraqlandıran bir çox mövzuların müzakirə olunduğu görüşlər qarşılıqlı anlayış çərçivəsində keçirilib.
 
 



Әlaqәli Xәbәrlәr