Türkiyə prezidenti Mədinəyə səfər etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdəki rəsmi səfərini başa vuraraq Mədinəyə getdi.

673323
Türkiyə prezidenti Mədinəyə səfər etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdəki rəsmi səfərini başa vuraraq Mədinəyə getdi.
 
 Prezident Ərdoğanı Mədinədə Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanında rəsmi şəxslər qarşıladılar.
 
 Ərdoğan və onu müşayiət edən heyət Mədinədə Həzrəti Məhəmmədin məzarının olduğu Məscid-i Nəbəvini ziyarət edəcək.
 
 Prezident Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan da Mədinəyə getdilər.



Әlaqәli Xәbәrlәr