Fikri İşıq ABŞ-ın müdafiə naziri James Mattis ilə görüşdü

NATO Müdafiə Nazirləri Toplantısında Türkiyəni təmsil edən milli müdafiə naziri Fikri İşıq Amerika Birləşmiş Ştatlarının müdafiə naziri James Mattis ilə ilk dəfə görüşdü.

673332
Fikri İşıq ABŞ-ın müdafiə naziri James Mattis ilə görüşdü

NATO Müdafiə Nazirləri Toplantısında Türkiyəni təmsil edən milli müdafiə naziri Fikri İşıq  ikitərəfli görüşlər keçirdi.
 
 Fransa müdafiə naziri Jean-Yvers Le Drian, İngiltərə müdafiə naziri  Michael Fallon, İspaniya müdafiə naziri Maria Dolores de Cospedal və İtaliya müdafiə naziri Robert Pinotti ilə bir araya gələn Fikri İşıq, Amerika Birləşmiş Ştatlarının müdafiə naziri James Mattis ilə də ilk dəfə görüşdü.
 
 Yeni Amerikan rəhbərliyinin ilk dəfə təmsil olunduğu NATO toplantısında Mattis ABŞ prezidenti Donald Trumpın "ədalətli iş bölgüsü" tələbini vuğuladı.
 
 Nazirlər görüşdə NATO iclaslarında müzakirə edilən məsələlərdə Türk və ABŞ tərəfinin mövqelərinin yaxın olduğunu təsdiq etdilər.
 
 Mattis "Fərat Qalxanı" əməliyyatında ABŞ və koalisiya qüvvələrinin Türkiyəyə daha çox dəstək verəcəyini qeyd etdi.

Fikri İşıq  Suriyada terror təşkilatı DEAŞ ilə mübarizədə separatçı terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG qüvvələrindən istifadə ilə bağlı Türkiyənin narahatlığını bir daha dilə gətirdi və: "Terrorla mübarizə əməliyyatları bu şəkildə uğurlu ola bilməz, bir terror təşkilatı başqa terror təşkilatından üstün tutula bilməz" deyə danışdı.



Әlaqәli Xәbәrlәr