Türkiyənin İsveç səfirliyinə boya dolu şüşələr atılıb

Türkiyənin, İsveçin paytaxtı Stockholmdakı səfirliyinə hücum təşkil edilib.

673011
Türkiyənin İsveç səfirliyinə boya dolu şüşələr atılıb

Səfirliyin məlumatına görə səhər radələrində binanın divarlarına və həyətinə, içində ağ boya olan çox sayda şüşə atılıb.

Təhlükəsizlik kamerası qeydlərinin araşdırılması nəticəsində hadisəni üzü maskalı 2 nəfərin reallaşdırdığı aşkarlanıb. İsveç polisi də hadisə ilə əlaqədar istintaq başladıb.

Qeyd edək ki, üç ay əvvəl də separatçı terror təşkilatı PKK tərəfdaşı 8 nəfər, səfirlik binasına boya şüşələri və daşlı hücum təşkil etmişdi.

 



Әlaqәli Xәbәrlәr