Türkiyədəki qaçqın və məcburi köçkünlərin sayı

Daxili işlər naziri Süleyman Soylu Türkiyədə qaçqın və məcburi köçkün sayının 3 milyon 551 min 78 olduğunu bildirib.

673188
Türkiyədəki qaçqın və məcburi köçkünlərin sayı
mülteci.jpg

Daxili işlər naziri Süleyman Soylu Türkiyədə qaçqın və ya məcburi köçkün sayının 3 milyon 551 min 78 olduğunu bildirib.

Nazir “Köç Siyasətləri Şurası”nın yığıncağında etdiyi çıxışda deyib ki, Suriya və İraqdakı prosesdən sonra yaşanan köç dalğasına nəzarəti əsas götürən yeni idari quruluşun yaradılması ehtiyacı ortaya çıxdı. Həmin çərçivədə Daxili İşlər Nazirliyi tərkibində “Köç İdarəsi Müdirliyi” quruldu. Türkiyə Suriya böhranı ilə əlaqəli olaraq artan insan fəallığı qarşısında həm əsaslar həm də idarəçilik sahəsində gördüyü tədbirlərlə dünyaya nümunə təşkil etdi.

Daxili işlər naziri Süleyman Soylu onu da vurğulayıb ki, biz bu məsuliyyəti qərbli dostlarımız kimi sadəcə uşaq yaşlı Aylanın cəsədi sahilə çıxdığı (2015, sentyabr) zaman başa düşmədik. Heç kəsi qapıdan döndərmədik. Kütlələri arxalarından atılan güllələrə və bombalara qurban etmədik. Qapısına gələni qəbul edən Türkiyə hal-hazırda 3 milyon 551 min 78 qaçqın və məcburi köçkünə ev sahibliyi edir.

“Avropa İttifaqına üzv ölkələrin hamısının qəbul etdiyi cəmi suriyalı qaçqın sayı isə 866 min 831-dir. Türkiyənin qonaq qəbul etdiyi suriyalı sayı isə bunun üç qatıdır” deyə nazir Soylu ifadə edib.



Әlaqәli Xәbәrlәr