İki ildə Türkiyə - Qətər arasında 30 müqavilə imzalanıb

Prezident Rəcəb Tayyib Ərdoğan, körfəz ölkələrinə etdiyi rəsmi səfərinin üçüncü dayanacağı Qətərdəki   görüşlərini   tamamlayıb.

673205
İki ildə Türkiyə - Qətər arasında 30  müqavilə  imzalanıb

Paytaxt Dohada Qətər Enerji və Sənaye naziri Məhəmməd Əl Sada və Qətərin Türkiyədəki səfiri Salim Mübarək Əl Şafi, Türkiyənin Doha səfiri Ahmet Dəmirok ilə səfirlik rəsmiləri tərəfindən qarşılanan prezident Ərdoğan, Qətərin keçmi Əmri Şeyx Hamad Bin Xəlifə Əl Sani ilə bir araya gəlib.

Prezident Ərdoğan, Qətərə səfəri çərçivəsində bu gün də Qətər Əmri Şeyx Təmim bin Hamad Əl-Sani tərəfindən rəsmi mərasimlə qarşılanıb. Mərasimdən sonra ikilikdə və heyətlər arası danışıqlar olub.

Türkiyə və Qətər arasında son iki ildə müxtəlif sahələrdə 30-dan çox müqavilə imzalanıb.

Prezident ərdoğanın səfəri çərçivəsində baş tutan görüşlərdə hərbi sahədə əməkdaşlıq, müdafiə sənayesi və investisiyaların artırılması kimi strateji mövzular müzakirə edilib. Suriya və İraq başda olmaqla regional mövzular gündəmə salınıb.

Prezident təmaslarını tamamladıqdan sonra Qətərdən ayrılıb.

 



Әlaqәli Xәbәrlәr