TRT suriyalı qaçqınların səsi olacaq

Türkiyə Radio Televiziya Qurumu (TRT) sayəsində qaçqınların səsi dünyada daha güclü əks-səda yaradacaq.

672322
TRT suriyalı qaçqınların səsi olacaq

Türkiyə Radio Televiziya Qurumu (TRT) sayəsində qaçqınların səsi dünyada daha güclü əks-səda yaradacaq.
 
 TRT sənədli filmlər, animasiya filmləri və xüsusi proqramlarla suriyalı qaçqınların  səsi olacaq.
 
 Bu sahədə aparılacaq işlərlə əlaqədar TRT ilə TürkiyəninTəbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) arasında əməkdaşlıq protokolu imzalandı.

Protokol çərçivəsində AFAD-ın suriyalı qaçqınlar üçün gördüyü işlər "TRT World" vasitəsi ilə beynəlxalq aləmdə tanıdılacaq.

  Düşərgələrdə yaşananlar, doğumlar, ölümlər, yaşlı qaçqınların hekayələri, təhsil və səhiyyə fəaliyyətləri çərçivəsində AFAD-ın yardımları TRT-nin hazırlayacağı sənədli filmlərin mövzu olacaq.

Yaşanan ağrı-acılara suriyalı uşaqların gözü ilə baxılacaq.

  TRT suriyalı qəhrəman uşaqdan bəhs edən animasiya filmi hazırlayacaq və bu film  vasitəsilə uşaqlar  fəlakət və müsibətlər barəsində  məlumatlanacaqlar.

 TRT-nin baş direktoru Şenol Göka imza mərasimindəki nitqində əməkdaşlığın əhəmiyyətindən danışdı, imzalanan protokolun bundan sonra görüləcək  gözəl işlərə vəsilə olacağını qeyd etdi.

Göka sözünə belə davam etdi:" Bu protokolun yaradacağı imkanlarla həm müxtəlif qurumları işlərimizə cəlb edə biləcəyik, həm də xüsusilə, qaçqınlarla bağlı işləri daha detallı bir şəkildə bütün dünyaya çatdıra biləcəyik" dedi.

AFAD- ın rəhbəri Mehmet Xalis Billden TRT-nin hər sahədə AFAD-ın yanında olduğunu qeyd edərək, bu protokol ilə bundan sonra görüləcək işlərin daha nizamlı bir şəkil alacağını vurğuladı: " Təxminən 6 ildir ki, prezidentimizin açıq qapı siyasəti ilə 3 milyona yaxın qaçqına ev sahibliyi edirik. Bütün təşkilatlarımızla, xalqımızla məzlumların yanındayıq, amma görülən işlərin dünyadakı əks-sədasının çox yaxşı olduğunu deyə bilmərəm. Bundan sonra, inşallah, TRT bununla bağlı məsuliyyəti boynuna alacaq. Bu istiqamətdəki işlərimizdəndən bütün dünya xəbərdar olmalıdır deyə düşünürəm" dedi.



Әlaqәli Xәbәrlәr