B.Bozdağ: “ABŞ-na Gülən ilə əlaqəli yeni dəlilər göndərdik”

“Ədliyə naziri Bəkir Bozdağ, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY)- nin quldurbaşçısı və digər cinayətkarlarının ekstradisiya edilməsi ilə əlaqəli yeni dəlillərin  göndərildiyini bildirib.

672197
B.Bozdağ: “ABŞ-na Gülən ilə əlaqəli yeni dəlilər göndərdik”

Ədliyə naziri Bozdağ, Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində baş tutan qrup yığıncağı əvvəli jurnalistlərə verdiyi açıqlamasında

Fəto / PDY-nin quldurbaşçısının Türkiyəyə ekstradisiya edilməsinə dair işlərin davam etdiyini, ABŞ prezidenti Donald Trump vəzifəyə başladıqdan sonra təyin edilən yeni Ədliyyə naziriylə telefon vasitəsiylə və ya üz-üzə görüşəcəklərini, ABŞ-nın yeni dövrdə müsbət addımlar atacağına inandığını ifadə edərək: "ABŞ-ın yeni ədliyyə naziri ilə qısa müddətdə telefonla və ya üz-üzə görüşərək, Türkiyənin bu mövzu ilə əlaqəli fikirlərini, fəto / PDY-nin quldurbaşçısı Gülənin ekstradisiya edilməsinin Türkiyə baxımından nə məna verdiyini daha bir dəfə bildirmə imkanımız olacaq. Bu sahədə yeni addımların atılmasını gözləyirik. Trump vəzifəyə başladıqdan sonra bəzi yeni dəlillər də göndərdik.



Әlaqәli Xәbәrlәr