Prezident Ərdoğan : “Münbiç və Rəqqa DEAŞ-dan təmizlənib,etibarlı bölgə yaradılmalı”

Prezident Rəcəb Tayyıb Ərdoğan, Bəhreyn baş naziri Xəlifə bin Salman Əl Xəlifə və Bəhreyn vəliəhd Şahzadəsi Salman bin Hamad Əl Xəlifəni qəbul edib.

671322
Prezident Ərdoğan : “Münbiç və Rəqqa DEAŞ-dan təmizlənib,etibarlı bölgə yaradılmalı”

Qapalı qapılar arxasında baş tutan və bir saat davam edən qəbuldan sonra təşkil edilən birgə mitbuat konfransında, Prezident Ərdoğan: “Etnik kimlik, dil, qəbilə, rəng və məzhəb ön plana çıxarılaraq bir-birlərindən uzaqlaşdırılan Müsəlmanlar Suriyada, İraqda, Liviyada, Yəməndə və daha bir çox yerdə öz özlərini məhv edirlər. Ərəb və İslam mədəniyyətinin mərkəzi hesab edilən şəhərlərin terror təşkilatlarının, xarici qüvvələrin döyüş sahələrinə çevrilməsi uğrunda səy edildiyini hamımız izləyirik. İnsanlıq Vicdanının susqun qaldığı bu vəziyyət qarşısında müqtədirlər əllərini ovuşturmaq, riyakarlar isə saxta gözyaşları dökmekdən başqa heç nə etmirlər. Bu da göstərir ki, bütün İslam aləmi, hətta bəşəriyyət, gələcək üçün əl-ələ verərək əməkdaşlıq etməlidir. Qonşuları zillət və qaranlıqda yaşayarkən, eyni dili danışdığı, eyni qibləyə yönəldiyi qardaşları zülmə məruz qalarkən, heç bir ölkə, heç bir cəmiyyət yalnız öz rifahını, öz gələcəyini düşünə bilməz . Biz Suriya əməliyyatını müəyyən hədəf və məqsəd çərçivəsində başlatdıq. Əl-Bab terroristlərdən təminzəndikdən sonra Münbiç və Rəqqanı da DEAŞ-dan təmizləmək üçün koalisiya qüvvələri ilə ortaq addımlar atacayıq. Bundan sonrakı hədəf isə, Suriyada terrordan təmizlənmiş bir etibarlı bölgə yaradmaq, Ərəb qardaşlarımızın və Türkmənlərin orada yerləşməsinə zəmin hazırlamaqdır.

Hazırda dünyanın bəzi yerlərində, terror ilə İslamı  müqayisə edənlər var. Ancaq bir daha müraciət edirəm, kimsə Radikalizmlə İslamı eyni kəfəyə qoymasın. İslam radikallığı qəbul etməz. Bizim ilk qibləmiz olan Qüdsdə yalnız müsəlmanların deyil, bütün beynəlxalq ictimaiyyətin dincliyinə zərbə endirəcək, vicdanını incitəcək tətbiqlərə qarşı hər kəs həssas olmalıdır. Əks təqdirdə belə addımlar yalnız gərginliyin artmasına töhvə verər. BMT Təhlükəsizlik Şurasının 2 min 334 nömrəli qərarına baxmayaraq İsrailin Şərqi Qüds və İordan çayının Qərb sahildə, yeni yaşayış məskənlər tikilməsini nəzərdə tutan qərarı provokasiyadır. Beynəlxalq hüquq və insan hüquqları taptalanaraq Fələstinə tətbiq olunan sanksiya və qeyri-qanuni yaşayış məskənlərin tikilməsinə son qoymaq, Orta şərqdə daimi sülh və əmin-amanlığın əsas şərti hesab edilir.



Әlaqәli Xәbәrlәr