Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri davam edir

Dövlət başçısı Ərdoğan Körfəz ölkələrinə etdiyi səfəri çərçivəsində bugün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda olacaq.

670736
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri davam edir

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə etdiyi səfəri çərçivəsində bugün Səudiyyə Ərəbistanının paytaxtı Riyadda olacaq.

Türkiyə başçısı Səudiyyə Ərəbistanı kralı Səlman Əbdüləzizlə, o cümlədən, vəliəhd şahzadəsi Məhəmməd Naif və vəliəhd vəkili Məhəmməd Salmanla da görüşəcək.

Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə iş birliyi müqavilələrinin imzalanması nəzərdə tutulur.

Səudiyyə Ərəbistanından Qətərə gedəcək Ərdoğan Qətər Əmiri Şəyx Təmim Hamad Sani ilə bir araya gələcək.

Dövlət başçısı dünən də Körfəz ölkələrinə səfərinin ilk dayanacağı Bəhreyndə görüşlər keçirib.

Ərdoğan ölkənin kralı Hamad İsa Əl Xəlifə tərəfindən qarşılanıb. Təkbətək görüşdən sonra Ərdoğana medal təqdim edilib.

Dövlət başçısı Ərdoğan mərasim zamanı deyib ki, bu medalı həm Türkiyə və Bəhreyn həm də Türk və Bəhreyn xalqlarının qardaşlığının rəmzi kimi qəbul edirəm.  Hz. Məhəmməd hədislərindən birində “müsəlmanlar bir binanın kərpicləri kimidir” buyurub. Ümidvaram ki, birgə cəhdlərimizlə Türkiyə-Bəhreyn qardaşlığı güclənməyə, müxtəlif sahələrdə kök salmağa davam edəcəkdir. Bölgəmizin sabitliyi, rifahı və gələcəyi üçün əməkdaşlığımızı davam etdirəcəyəcimizə inanıram.

Behreyn kralı da öz növbəsində  deyib ki, iki ölkə arasındakı dostluq əlaqələri bu ziyarətlə daha da gücləndi.

Bəhreynlə Türkiyə ərasında təhsil, müdafiə və enerji sahələrində müqavilələrlə yanaşı Türkiyə vətəndaşlarına viza tətbiq edilməməsinə dair saziş də imzalanıb.



Әlaqәli Xәbәrlәr