Ərəb krallarıyla görüşlər üçün Körfəz səfəri

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixləri Körfəz ölkələrindən olan Bəhreyn, Səudiyyə Ərəbistanı və Qatara rəsmi səfərdə olacaq.

670452
Ərəb krallarıyla görüşlər üçün Körfəz səfəri

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixləri Körfəz ölkələrindən olan Bəhreyn, Səudiyyə Ərəbistanı və Qatara rəsmi səfərdə olacaq.

  Bəhreyndə kral Hamad İsa Əl Xəlifə ilə bir araya gələcək Ərdoğan ölkənin digər rəsmilərilə də görüşəcək.

  Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə iş birliyi müqavilələrinin imzalanması nəzərdə tutulur.

  Ayın 13-ündə Səudiyyə Ərəbistanına keçəcək Türkiyə başçısı Səudiyyə Ərəbistanı kralı Səlman Əbdüləzizlə, o cümlədən, vəliəhd şahzadəsi Məhəmməd Naif və vəliəhd vəkili Məhəmməd Salmanla da görüşəcək.

  Səudiyyə Ərəbistanından Qatara gedəcək Ərdoğan Qatar Əmiri Şeyx Təmim Hamad Sani ilə bir araya gələcək.

  Bütün bu görüşlərdə ikitərəfli və Körfəz Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli səviyyədə də söhbətlər olacaq.



Әlaqәli Xәbәrlәr