Ərdoğan: "Bu,Türk tipi prezidentlik sistemi olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Duz gölü Təbii Qaz Anbarının açılış mərasimində çıxış etdi.

670129
Ərdoğan: "Bu,Türk tipi prezidentlik sistemi olacaq"

Türkiyənin ikinci təbii qaz anbarının açılışı oldu.
 
 Duz gölü Təbii Qaz Anbarı sayəsində mənzillərdəki illik qaz  tələbatının 12%-i tehtiyatda saxlana biləcək.
 
 Açılışa qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan anbarın təbii qaz saxlama həcminin 5 dəfə böyüdüləcəyini bildirdi.
 
 Rəcəb Tayyib Ərdoğan Aksaray 15 İyul Milli İradə Meydanında keçirilən Duz Gölü Təbii Qaz Anbarının açılış mərasimində konstitusiya dəyişikliyi qanununu imzaladıqdan sonra ilk dəfə çıxış etdi və yeni prezidentlik sisteminin digər ölkələrdəki nümunələrdən fərqli olacağını bildirdi.
 
Ərdoğan yeni sistemi Türk tipi prezidentlik sistemi olaraq səciyyələndirdi.
 
 Türkyə prezidenti: "Konstitusiya dəyişikliyi ilə gətirilən prezidentlik sistemi Türkiyənin birliyini, bərabərliyini, qardaşlığını qoruyaraq, hədəflərinə çatmaq uğrundakı mübarizəsini gücləndirəcək. Bu gün buraya gələrkən imza atdım və artıq proses başladı. İnşallah aprelin 16-da mənim əziz millətim referenduma gedər" dedi.
 
Türkiyənin baş naziri Binəli Yıldırımın da gündəmində referendum vardı.
 
Yıldırım tədbirdə çıxış edərək: "Türkiyə ağırlıqları çiyinlərindən atacaq, prezidentlik sistemi ilə əmin addımlarla irəliləyəcək" dedi.



Әlaqәli Xәbәrlәr