Ömər Çəlik Avropa İttifaqını məsuliyyətlərini yerinə yetirməyə çağırıb

Türkiyənin Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çəlik Avropa İttifaqında mövcud balansların Türkiyənin iştirakı ilə müsbət istiqamətdə dəyişəcəyini vurğulayıb.

669377
Ömər Çəlik Avropa İttifaqını məsuliyyətlərini yerinə yetirməyə çağırıb

Türkiyənin Avropa İttifaqı naziri və baş müzakirəçi Ömər Çəlik Avropa İttifaqında mövcud balansların Türkiyənin iştirakı ilə müsbət istiqamətdə dəyişəcəyini vurğulayıb.

Nazir Çəlik Avropanı 2017-ci ildə yeni səhifə açaraq, məsuliyyətlərini yerinə yetirməyə çağırıb.

Parisdə səfərdə olan nazir həmkarı Jan-Mark Ayrol, Aİ naziri Harlem Desir və Senatın sədri Jerard Laxer ilə görüşüb.

Ömər Çəlik daha sonra Fransız Beynəlxalq Əlaqələr İnstitutunda çıxış edib. O deyib ki,  ABŞ-ın özgələrini qorumaq siyasətinə üz tutması, Çinin qloballaşma səylərini artırması, İngiltərənin Avropa İttifaqından ayrılması kimi müxtəlif qeyri-adi addımlar beynəlxalq sahədəki tarazlığa öz təsirini göstərdi.  Avropanın artan irqçilik ifadələrinin kölkəsində qalaraq Türkiyə əleyhinə mövqe ortaya qoyması isə səhvdir.

Avropada Türkiyənin güclü olmasından qorxulmamasının vacibliyini dilə gətirən Ömər Çəlik qeyd edib ki, Türkiyənin gücü rifahı artırma və problemlərin tamamilə həlli istiqamətində Avropadakı tarazlığa müsbət təsirini göstərəcəkdir. Artıq Avropada yeni iqtisadi modellər və siyasi ifadələrin ortaya qoyulmasına ehtiyac var. Türkiyə-Rusiya əlaqələri isə Türkiyənin başqa istiqamətə üz tutduğu şəklində dəğərləndirilməməlidir. İki ölkə arasındakı əlaqələr Avropanın də mənfəətinə olacaqdır.

Avropanı yeni səhifə açmağa dəvət edən nazir Ömər Çəlik Aİ-Türkiyə zirvəsinin yaxın zamanda keçirilməsini, Gömrük Birliyi və viza rejiminin ləğvi barədə konkret irəliləyişi təmin edəcək addımlar atılmasını da istəyib.



Әlaqәli Xәbәrlәr