Türk əsgərləri Suriyanın Əl Bab qəsəbəsinə daxil olub

Baş nazir Binali Yıldırım, Suriyanın Əl bab qəsəbəsinin tamamilə mühasirəyə salındığını bildirib.

668837
Türk əsgərləri Suriyanın Əl Bab qəsəbəsinə daxil olub

Binali Yıldırım, Suriyada cərəyan edən proseslərlər əlaqəli Ankarada jurnalistlərə verdiyi açıqlamada, Əl Babın mühasirəyə salındığını, qəsəbənin ətrafındakı məhəllələrə nəzarətin ələ keçirildiyini bildirib.

Əl-Baba hakim, strateji təpələrə də nəzarətin ələ keçirildiyini ifadə edən Baş naziri Binali Yıldırım, Əsəd qüvvələrinin isə cənub istiqamətdən qəsəbəyə irəlilədiklərini, onlarla gərginlik yaşanmama üçün koalisiya qüvvələri və Rusiya ilə koordinasiya içində hərəkət edilərək, lazımlı tədbirlərin hǝyata keçirildiyini bildirib.

Prezident sözçüsü İbrahim Kalın da, Suriyada terror təşkilatı DEAŞ-a qarşı əməliyyat həyata kiçirən Türk əsgərinin, El Babın mərkəzinə daxil olduğunu bildirib.

İbrahim Kalın, bunu dünən xüsusi bir televiziya kanalına verdiyi açıqlamada deyib  vǝ   Əsəd qüvvələriylə qarşılaşmamaq üçün Rusiya ilə danışıqların davam etdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr